• Bakı 23° C

    4.81 m/s

  • USD - 1.7

    EUR - 1.9067

    RUB - 2.0148

Kişi keçmiş qudasını öldürmək üçün maşınla vurdu

HADİSƏ

14 Aprel 2023 | 14:30

Kişi keçmiş qudasını öldürmək üçün maşınla vurdu

Bakıda qəsdən adam öldürməyə cəhd edən şəxs tutulub.

Bakıvaxtı.az xəbər verir ki, hadisə aprelin 12-də Sabunçu rayonu Bakıxanov qəsəbəsi Mehmandarov küçəsində baş verib. Paytaxt sakini, 1972-ci il təvəllüdlü Rauf İslamov idarə etdiyi “Ford” markalı avtomobillə münaqişə zəminində keçmiş qudası, 1972-ci il təvəllüdlü B.Əmrahovu vurub.

B.Əmrahov müxtəlif dərəcəli xəsarətlərlə xəstəxanaya yerləşdirilib. Onun həyatına təhlükə olmadığı bildirilib.

Hadisədən sonra R.İslamov saxlanılıb. Onun barəsində Cinayət Məcəlləsinin 29.120.1-ci  (Qəsdən adam öldürməyə cəhd) maddəsi ilə iş başlanılıb.

Faktla bağlı Sabunçu Rayon Prokurorluğunda araşdırmalar aparılır. /Qafqazinfo


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR