• Bakı 16° C

    1.79 m/s

  • USD - 1.7

    EUR - 1.9037

    RUB - 2.084

Mingəçevirdə avtomobil yandı

HADİSƏ

14 May 2023 | 11:43 | Müəllif: Qalib İbrahimoğlu

Mingəçevirdə avtomobil yandı

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Mingəçevir şəhərində minik avtomobilində yanğın baş verməsi barədə məlumat daxil olub.

FHN-dən Bakıvaxtı.az-a veriən məlumata görə, bununla əlaqədar hadisə yerinə dərhal FHN Dövlət Yanğından Mühafizə Xidməti Mingəçevir şəhər Yanğından Mühafizə İdarəsinin qüvvələri cəlb olunub.

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən yanğının vətəndaşa məxsus “Hyundai” markalı minik avtomobilində baş verdiyi müəyyən edilib.

Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində yanğın qısa müddətdə söndürülüb.

Yanğın nəticəsində avtomobilin mühərrik hissəsi yanıb, avtomobilin qalan hissəsi mühafizə olunub.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

06 Noyabr 2026