• Bakı 7° C

    4.26 m/s

  • USD - 1.7

    EUR - 1.8548

    RUB - 2.0745

Zaqatalada məktəbdə baş vermiş yanğın söndürülüb - YENİLƏNİB + VİDEO

HADİSƏ

13 May 2023 | 23:35 | Müəllif: Subhan Mahmudov

Zaqatalada məktəbdə baş vermiş yanğın söndürülüb - YENİLƏNİB + VİDEO

Zaqatalada məktəbə düşən ildırım nəticəsində başlayan yanğın söndürülüb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

"Yanğınsöndürənlərin operativ müdaxiləsi sayəsində məktəbin dam örtüyündə baş verən yanğın sinif otaqlarına keçmədən qısa müddətdə söndürülüb", - deyə bildirilib.

22:17

Zaqatalada mətkəb binasında yanğın baş verib.

Saat 20:40-da rayonun Əliabad qəsəbə 4 saylı tam orta məktəbin binasının dam örtüyündə yanğın başlayıb.

Bakıvaxtı.az-ın məlumatına görə, məktəbdə baş verən yanğının səbəbi binanı ildırım vurması olub.

Yanğının söndürülməsi üçün əraziyə Fövqəladə Hallar Nazirliyinin (FHN) Zaqatala Rayon Dövlət Yanğından Mühafizə Hissəsinin iki yanğınsöndürən maşını və şəxsi heyətləri cəlb edilib. Əldə olunan məlumata görə, məktəb binasının dam örtüyü tam yanıb. Yanğının sinif otaqlarına keçməsinin qarşısı alınıb.

Üçmərtəbəli 360 şagird yerlik məktəb 2007-ci ildə istifadəyə verib. Hazırda məktəbdə 190 şagird təhsil alır./apa


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR