• Bakı 29° C

    1.03 m/s

  • USD - 1.7

    EUR - 1.9753

    RUB - 2.1795

KİV: Əs-Süveydadakı döyüşlər nəticəsində 250 nəfərə yaxın insan həlak olub

DÜNYA

16 Iyul 2025 | 12:57

KİV: Əs-Süveydadakı döyüşlər nəticəsində 250 nəfərə yaxın insan həlak olub

Suriyanın Əs-Süveyda şəhərində baş verən toqquşmalar nəticəsində azı 248 nəfər həlak olub.

Bakıvaxtı.az “The Times of Israel”ə istinadən xəbər verir ki, bu barədə Suriya İnsan Haqları Monitorinq Mərkəzi məlumat yayıb.

Mərkəzin məlumatına görə, ölənlər arasında druzların 92 nümayəndəsi var, onlardan 28-i mülki şəxslərdir, daha 21 nəfər isə məhkəmədənkənar edam nəticəsində öldürülüb.

Monitorinq mərkəzinin məlumatına görə, Suriya təhlükəsizlik qüvvələrinin azı 138 əməkdaşı, həmçinin 18 bədəvi döyüşçüsü həlak olub.


SON XƏBƏRLƏR