• Bakı C

    11.62 m/s

  • USD - 1.7

    EUR - 1.7943

    RUB - 1.5024

“Kızılcık Şerbeti”nin aktrisasına cinayət işi açıldı

ŞOU

29 Noyabr 2024 | 00:51

“Kızılcık Şerbeti”nin aktrisasına cinayət işi açıldı

Məşhur aktrisa Feyza Civelek narkotik sifariş etdiyi satıcıdan sifarişini götürərkən polislər tərəfindən tutulmuşdu və satıcı Selçuk Ç.-yə qarşı 30 il həbs tələbi ilə cinayət işi açılmışdı. Məhkəmə ötən günlərdə yekun qərarını verib və təqsirləndirilən şəxs Selçuk Ç. 15 il həbs cəzasına məhkum edilib.

Bakıvaxtı.az xəbər verir ki, Feyza Civelek haqqında isə sifariş etdiyi narkotikin ona çatmaması səbəbilə sərbəst buraxılmışdı. Lakin məhkəmə Feyza Civelek-in müdafiəsini inandırıcı hesab etməyərək, onun barəsində "narkotik maddə saxlamaq" ittihamı ilə bağlı İstanbul Respublika Baş Prokurorluğuna müraciət edib. Aktrisa haqqında cinayət işi açılıb.

Aktrisa Feyza Civelek-in narkotik sifarişi verib, satıcıdan alarkən polislərə yaxalandığı məlum olub. Hətta iddiaya görə, yolda saxlanılan satıcıya "Malı gətirdin?" deyə səsləndiyi bildirilmişdi.


SON XƏBƏRLƏR

28 Noyabr 2024