Məşhur türkiyəli müğənni Tarkan AZAL təyyarəsinin qəzaya düşməsi ilə bağlı Azərbaycana başsağlığı verib.
Bakıvaxtı.az xəbər verir ki, müğənni bu barədə instaqram hesabında paylaşım edib.
“Keçmiş olsun, Azərbaycan. Baş verən qəzaya görə çox kədərliyəm. Həyatını itirənlərə Allahdan rəhmət, yaxınlarına səbr və başsağlığı diləyirəm”, - deyə Tarkan paylaşımında bildirilib.