• Bakı 23° C

    3.84 m/s

  • USD - 1.7

    EUR - 1.9753

    RUB - 2.1795

Köhnə sənədlərlə daşınmaz əmlakın qeydiyyatı asanlaşdı 

SİYASƏT

16 Iyul 2025 | 16:29

Köhnə sənədlərlə daşınmaz əmlakın qeydiyyatı asanlaşdı 

Azərbaycan Respublikası Prezidenti daşınmaz əmlakın qeydiyyatı ilə bağlı sənədlərin siyahısında dəyişiklikləri təsdiqləyib.

Bakıvaxtı.az xəbər verir ki, fərmana əsasən, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanun qüvvəyə minənədək mövcud olan sənədlərlə hüquqların tanınması üçün əsaslar genişləndirilib.

Dəyişikliyə görə, əvvəlki illərdə - xüsusilə SSRİ dövründə və 2001-ci ilə qədər verilmiş sənədlər (məsələn, torpaq kitablarından çıxarışlar, sovxoz və kolxoz qərarları, texniki pasportlar, yerli icra orqanlarının qərarları və layihələr) əsasında da daşınmaz əmlakın hüquqi qeydiyyatı mümkün olacaq.

Eyni zamanda, fərmanda bu sənədlərin milli arxiv fondunda əsası olduğu halda hüquqi qüvvəyə malik olacağı vurğulanır.

Sənəd həmçinin 2015-ci ildə qüvvəyə minmiş əvvəlki fərmanlardan birində yer alan müvafiq bəndin ləğvini də nəzərdə tutur. Bu dəyişikliklər hüquqi qeydlərin daha şəffaf və əlçatan olmasını təmin etməyə yönəlib.


SON XƏBƏRLƏR