• Bakı 9° C

    5.52 m/s

  • USD - 1.7

    EUR - 1.8652

    RUB - 2.0757

Konqo Respublikasında dövlət çevrilişinə cəhd olub

DÜNYA

17 Sentyabr 2023 | 23:17 | Müəllif: Subhan Mahmudov

Konqo Respublikasında dövlət çevrilişinə cəhd olub

Konqo Respublikasında dövlət çevrilişinə cəhd baş verib.

Bir gün əvvəl Prezident Denis Sassu Nqesso BMT Baş Assambleyasının 78-ci sessiyasında iştirak etmək üçün Nyu-Yorka gəlib.

Bakıvaxtı.az xəbər verir ki, yerli sosial şəbəkələrdə dövlət çevrilişinin arxasında prezident qvardiyasının rəisi general Serj Oboahın ola biləcəyi ilə bağlı məlumatlar peyda olub.

Qeyd edək ki, daha əvvəl “Financial Times” ekspertlərə istinadən yazıb ki, çevrilişlərin ən çox Kamerun, Ekvatorial Qvineya və Konqo Respublikasında baş vermə ehtimalı var. Buna səbəb vətəndaşların və hakim elitaların bu ölkələrin siyasi sistemlərindəki çatışmazlıqlardan narazılıqları ola bilər.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

29 Noyabr 2026
28 Noyabr 2026