Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İsrailin xəstəxanaya hücumunu qınayıb.
Bakıvaxtı.az xəbər verir ki, “Bütün insanlıq vəhşiliyi dayandırmaq üçün hərəkətə keçməlidir” deyə prezident X sosial platformasında yazıb.
Ərdoğan, İsrailin Qəzzada xəstəxananı vurması ilə bağlı sosial media mesajında bu sözləri qeyd edib:
Qadınların, uşaqların və günahsız vətəndaşların olduğu xəstəxananın vurulması İsrailin ən təməl insani dəyərlərdən məhrum hücumlarının son nümunəsidir. Mən bütün bəşəriyyəti Qəzzada bu misli görünməmiş vəhşiliyi dayandırmaq üçün hərəkətə keçməyə dəvət edirəm.












jpg-1700151678.webp)



