• Bakı 11° C

    7.48 m/s

  • USD - 1.7

    EUR - 1.8681

    RUB - 2.0687

İsrail Qəzza şəhərinin qərbini nəzarətə aldı

DÜNYA

16 Noyabr 2023 | 21:29

İsrail Qəzza şəhərinin qərbini nəzarətə aldı

İsrail Müdafiə Ordusu (İMO) Qəzza şəhərinin qərbini nəzarətə alıb və təmizləyib, daha sonra əməliyyatın növbəti mərhələsinə keçib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə İsrailin müdafiə naziri Yoav Qallant bildirib.

“Son 24 saat ərzində Qəzza şəhərinin qərb hissəsinin tutulması və təmizlənməsini başa çatdırdıq. Növbəti mərhələyə keçdik... Əməliyyat aydın, hədəflər seçilərək və çox qətiyyətlə davam edir və həyata keçirilir”, – Qallant ordu bazalarından birinə səfəri zamanı deyib.

Xatırladaq ki, İsrail ərazisinə raket hücumları oktyabrın 7-də səhər tezdən Qəzza zolağından başlayıb. İsrail ordusu cavab olaraq “müharibə hazırlığı”nı elan edib. Oktyabrın 8-də İsrail rəsmi olaraq ölkənin “müharibə vəziyyətinə” daxil olduğunu bəyan edib. Əməliyyat “Dəmir qılınclar” adlandırılıb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR