• Bakı 18° C

    2.75 m/s

  • USD - 1.7

    EUR - 1.9069

    RUB - 2.0032

Netanyahu: “HƏMAS hücumu 11 sentyabrdan daha böyük fəlakətdir”

DÜNYA

17 Oktyabr 2023 | 22:07 | Müəllif: Subhan Mahmudov

Netanyahu: “HƏMAS hücumu 11 sentyabrdan daha böyük fəlakətdir”

Oktyabrın 7-də Fələstinin HƏMAS qruplaşmasından radikalların İsrailə sızması və çoxlu israillinin ölümünə səbəb olması 2001-ci il sentyabrın 11-də ABŞ-da törədilən terror aktlarından daha böyük bir milli miqyasda fəlakət idi.

Bakıvaxtı.az-ın məlumatına görə, bu fikri İsrailin baş naziri Benyamin Netanyahu yəhudi dövlətinə səfərə gələn Almaniya kansleri Olaf Şoltsla birgə mətbuat konfransında deyib.

Onun sözlərinə görə, HƏMAS-ın əsas məqsədi “mümkün qədər çox yəhudini öldürmək” idi:

“Bacarsalar, hər birimizi öldürərdilər. Sadəcə olaraq, onların imkanları yoxdur, lakin çoxlu sayda - 1300 mülki vətəndaşı öldürüblər. Odur ki, biz HƏMAS-ı məğlub etmək üçün hərəkətə keçməliyik və bunun bir daha təkrarlanmamasına əmin olmalıyıq. Ancaq bu, təkcə bizim döyüşümüz deyil, ümumi döyüşdür. Sivilizasiyanın barbarlığa qarşı mübarizəsidir”.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

07 Oktyabr 2026