"Bu gün DOST-da elə bir şərait yaradılıb ki, yaşlı şəxslərlə gənclər birgə könüllü fəaliyyəti göstərir. Prosesin özü çox böyük və maraqlı bir təcrübədir".
Bakıvaxtı.az xəbər verir ki, bunu media nümayəndələri üçün təşkil edilmiş təlimdə DOST Agentliyinin İctimaiyyətlə əlaqələr və kommunikasiya departamentinin rəhbəri Şahin Əliyev deyib.
Onun sözlərinə görə, sözügedən fəaliyyət zamanı hər iki tərəf çox yaxşı düşüncələr, yeni fikirlər qazanır:
"Gümüşü DOST"lardan gənc könüllülərimiz yeni həyat təcrübələri öyrənir, gənclər isə onlara öz pozitivliyini aşılayır".
Əli Hüseynov