• Bakı 22° C

    2.99 m/s

Körpüdə avtomobilin yanması tıxaca səbəb oldu  

CƏMİYYƏT

28 Aprel 2022 | 16:44

Körpüdə avtomobilin yanması tıxaca səbəb oldu

İsmayıllı rayonunda, Ax-Ox çayının üzərində olan körpüdə “LADA” markalı “2104” model avtomobil yanıb.

Bakıvaxtı.az-a daxil olan məlumata görə, Fövqəladə Hallar Nazirliyinin Yanğından Mühafizə Xidmətinin əməkdaşları hadisə yerinə gələnə kimi yanğın söndürülüb.

Hadisə nəticəsində avtomobil yararsız vəziyyətə düşüb. Xoşbəxtlikdən ölən və xəsarət alan olmayıb. 

Qeyd edək ki, yanğın körpüdə tıxaca səbəb olub.   

Ramid İbrahimov


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

20 Oktyabr 2026