• Bakı 24° C

    8.41 m/s

  • USD - 1.7

    EUR - 1.7771

    RUB - 0.0321

Pensiya ilə bağlı YENİ TƏKLİF- Belə olsa, şikayətlər də azalar

CƏMİYYƏT

28 May 2022 | 14:16

Pensiya ilə bağlı YENİ TƏKLİF- Belə olsa, şikayətlər də azalar

Pensiya həssas mövzu olduğundan bununla bağlı müzakirələr hər zaman diqqət çəkir. Xüsusilə pensiyaların təyin edilmə qaydaları və pensiya məbləği bəzən vətəndaşları narazı salır, digər tərəfdən heç bir gəliri olmayan insanların müxtəlif səbəblər gətirilərək pensiyalarının kəsilməsi şikayətlərə səbəb olur. Doğrudur, pensiya sistemində islahatlar davam etdirilir, yeniliklər tətbiq olunur, lakin bununla belə narazılıqlar hələ də qalır.

Pensiya ilə bağlı yeni konsepsiyanın tətbiqi vətəndaşların narazılığına son qoya biləcəkmi?

Bakıvaxtı.az xəbər verir ki, bu barədə modern.az-a danışan Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov bəzi inkişaf etmiş ölkələrdə olduğu kimi, bütövlükdə əlilliyin müəyyənləşdirilməsi prosedurlarının sistemləşdirilməsi və bir qurum tərəfindən həyata keçirilməsini təklif edib:

“Nəzərə alsaq ki, prosesə bir neçə qurum məsul olanda, bu, bütövlükdə məsələnin effektivliyinə təsir göstərir. Təbii ki, bu ilkin müraciətin qəbulu, informasiyanın emal edilməsi və əlillik dərəcəsinin daha qısa müddətdə təyin edilməsinə gətirib çıxaracaq. Bundan əlavə, əlillik dərəcəsinin təyin edilməsi, xüsusən əlilliyi dayandırılmış və ya əlillik üçün müraciət edən vətəndaşlarımızın müraciətləri tezliklə həllini tapar”.

“Eyni zamanda, biz təklif edirik ki, həm Əhalinin Əmək və Sosial Müdafiəsi Nazirliyi, Səhiyyə Nazirliyi və TƏBİB tərəfindən bu istiqamətdə səyyar görüşlərin sayı artırılsın. Artıq epidemioloji vəziyyət səyyar görüşlərin keçirilməsinə imkan yaradır. Xüsusən daha çox müraciətlərin olduğu rayonlarda belə səyyar görüşlərin keçirilməsi, vətəndaşların dinlənilməsi və həmin müraciətlərə yerində baxılması uyğun olardı. Səyyar görüşlərin artırılması bu istiqamətdə problemlərin azalmasına gətirib çıxara bilər”,- deyə deputat irəli sürdüyü təklifin mahiyyətini izah edib.


SON XƏBƏRLƏR

30 Iyun 2022