• Bakı 16° C

    2.35 m/s

  • USD - 1.7

    EUR - 1.8227

    RUB - 0.0185

Zəhərlənmələr daha çox bu məhsullardan hazırlanan salatlardan olur

CƏMİYYƏT

27 Iyun 2022 | 10:16

Zəhərlənmələr daha çox bu məhsullardan hazırlanan salatlardan olur

“Ət, süd, süd məhsulları və yaxşı yuyulmamış ərzaqlardan hazırlanan salatlar qida zəhərlənməsinin əsas səbəblərindən biridir”.

Bakıvaxtı.az xəbər verir ki, bunu dietoloq Gültaç Çamır bildirib.

Onun sözlərinə görə, ən ciddi və ölümcül qida zəhərlənməsinə səbəb olan bakteriyalardan biri də "clostridium botulinum"dur: "Bu bakteriya konservləşdirilmiş qidalarda, ətdə, tərəvəz və meyvələrdə ola bilər. Bu bakteriya iflic edə, nəfəs almağa mane ola və nəticədə xəstəliyə səbəb ola bilər. İlk növbədə, necə və haradan gəldiyi bilinməyən, eyni zamanda necə saxlandığı, yoxlanılmamış, mənşəyi məlum olmayan məhsullar qiyməti aşağı olduğu üçün alınmamalıdır".

Dietoloq bildirir ki, ət istehlak edənlər əti standartlara uyğun fəaliyyət göstərən qəssabxanalardan almalıdırlar.

"Qablaşdırılmış məhsullar alarkən qablaşdırmanın zədələnməməsinə diqqət yetirin, etiketini mütləq oxuyun, üzərində yazılan istehsal və son istifadə tarixlərini yoxlayın. Heyvanlardan keçə biləcək xəstəliklərə görə heç vaxt çiy süd istehlak etməyin", - deyə Gültac Çamır əlavə edib.

Nuranə Daxilqızı


SON XƏBƏRLƏR