Xəbər verdiyimiz kimi, iyulun 26-sı axşam saatlarında Kəlbəcər rayonu ərazisində mina partlayışı nəticəsində Azərbaycan Ordusunun hərbi qulluqçusu Vüqar Tofiq oğlu İsbəndiyarov xəsarət alıb.
Bakıvaxtı.az xəbər verir ki, sosial şəbəkədə hərbçimizin Kəlbəcərdə İstisuda lentə alınmış görüntüləri yayılıb.
Qeyd edək ki, V.İsbəndiyarov Bakı Ali Komandanlıq Məktəbini bitirib, Naxçıvanda xidmətə başlayıb. Müxtəlif vaxtlarda fərqli bölgələrdə 3 briqadaya komandirlik edib. Vətən Müharibəsindən təxminən 1 il əvvəl Ali Hərbi Məktəbə müəllim təyin olunub. Müharibə başlayanda ön cəbhəyə çağırılıb və briqada komandiri təyin olunub. Cəbrayıldan Laçına qədər döyüş yolu keçən Vüqar İsbəndiyarov qələbədən sonra briqada komandiri kimi xidmətini Kəlbəcərdə davam etdirib.
















