• Bakı 12° C

    4.3 m/s

  • USD - 1.7

    EUR - 1.8637

    RUB - 2.063

Keçi südü koronavirusa qarşı effektlidir?

CƏMİYYƏT

27 Iyul 2022 | 01:32 | Müəllif: Qalib İbrahimoğlu

Keçi südü koronavirusa qarşı effektlidir?

Alimlər keçi südündə koronavirus infeksiyasına qarşı təsirli protein aşkarlayıb.

Bakıvaxtı.az xəbər verir ki, Türkiyənin Marmara Universitetində işləyən professorlar - Tuğba Tunalı Akbay, Göksəl Şener və Betül Okuyan keçi südündə koronavirusa qarşı təsirli protein tapıblar.

Onların keçi südünün COVID-19 virusuna təsiri mövzusunda apardığı araşdırma barədə məqaləsi “European Journal of Pharmacology”da dərc olunub.

Professor Akbay keçi südünün tərkibində olan zülalların koronavirusa təsir etdiyini görüblər. Onlar bu zülalların virusun insan orqanizminə təsir gücünü zəiflətdiklərini müşahidə edib. Məlum olub ki, keçi südünün tərkibindəki zülal reseptorları bloklayır və virusun hüceyrəyə daxil olmasına qismən mane olur.

Akbay keçi südünün bol istehlakının, eyni zamanda, orqanizmində immunitet səviyyəsini artırdığını bildirib və risk qrupuna daxil olan şəxslərin keçi südündən istifadə etməsini tövsiyə edib.

Aytac Aslan


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

19 Noyabr 2026