• Bakı 15° C

    3.42 m/s

  • USD - 1.7

    EUR - 1.8205

    RUB - 0.0184

Xocavənddə yaralanan qazi başına gələnlərdən danışdı - FOTOLAR

CƏMİYYƏT

27 Iyun 2022 | 13:48

Xocavənddə yaralanan qazi başına gələnlərdən danışdı - FOTOLAR

“Oktyabrın 26-da  yaralıları Xocavənddən çıxaranda ermənilərin pusqusuna düşdük. Belə ki, yaralıları daşıyan avtomobil tank əlehinə minaya düşdü”.

Bunu Bakıvaxtı.az-a 44 günlük Vətən müharibəsinin iştirakçısı, həkim-qazi Məhəmməd Kərimli bildirib. 

O qeyd edib ki, hadisə nəticəsində bədəninin 40 faizi yanıb, bel fəqərəsi qırılıb: “Hadisədən sonra əsir düşə bilərdim. Ərazidən sürünə-sürünə uzaqlaşdım, bizim kəşfiyyat qrupumuza rast gəldim və əsir düşməkdən xilas oldum”. 

Qazi deyir ki, Bakıda və Türkiyədə müalicə alıb, üzünə dəri köçürülüb. 

M.Kərimlinin sözlərinə görə, qazi olduqdan sonra məşğulluq problemi ilə üzləşib: “Dövlət tibb müəssisələrində ixtisasıma, ali təhsilimə uyğun olmayan işlər təklif edildi. Rezidenturaya qəbul imtahanına hazırlaşdım. Dövlət İmtahan Mərkəzi mənə 4 balı çox gördü. Qədirbilməzlərin uğrunda xəstə düşmüş bədənlə oxudum, hazırlaşdım 14 balı özüm almağı bacardım”. 

Ramid İbrahimov


SON XƏBƏRLƏR

25 Aprel 2024