“Türk dünyası coğrafiyası” dərsliyi hazırlanır".
Bakıvaxtı.az xəbər verir ki, bunu təhsil naziri Emin Əmrullayevin “Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası” və digər məsələlərlə bağlı keçirdiyi brifinqdə bildirib.
Nazir deyib ki, bu dərslik ideoloji məsələdir: "Dərsliyin məzmunu bütövlükdə türk dünyasının coğrafi mənzərəsinin, türklərin coğrafi anlayış və ideyalarının öyrənilməsinə yönəlib”.
E.Əmrullayev bildirib ki, bu dərsliklə bağlı imtahanlarda sualların olması nəzərdə tutulmur.
Ramid İbrahimov
















