• Bakı 21° C

    3.22 m/s

  • USD - 1.7

    EUR - 1.9729

    RUB - 2.0219

Şənbə gününün HAVASI

CƏMİYYƏT

26 Avqust 2022 | 12:02 | Müəllif: Qalib İbrahimoğlu

Şənbə gününün HAVASI

Sabah Bakıda və Abşeron yarımadasında yağmursuz hava olacaq. Cənub-şərq küləyi əsəcək.

Milli Hidrometeorologiya Xidmətindən Bakıvaxtı.az-a verilən xəbərə görə, havanın temperaturu gecə 19-23° isti, gündüz 32-36° isti olacaq. Bakıda gecə 20-22° isti, gündüz 33-35° isti olacaq.\

Atmosfer təzyiqi norma daxilində 760 mm civə sütunu təşkil edəcək.Nisbi rütubət gecə 60-70 %, gündüz 35-45 % olacaq.

Azərbaycanın rayonlarında əsasən yağmursuz hava olacaq. Şərq küləyi bəzi yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 18-23° isti, gündüz 32-37° isti, dağlarda gecə 10-15° isti, gündüz 20-25° isti olacaq.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

14 Sentyabr 2026