• Bakı 24° C

    6.26 m/s

  • USD - 1.7

    EUR - 1.9765

    RUB - 1.9579

Hirkan Milli Parkının direktoru saxlanılıb? - AÇIQLAMA + YENİLƏNİB

CƏMİYYƏT

24 Sentyabr 2022 | 20:26 | Müəllif: Subhan Mahmudov

Hirkan Milli Parkının direktoru saxlanılıb? - AÇIQLAMA + YENİLƏNİB

Hirkan milli Parkının direktorunun saxlanılması ilə bağlı yayılan məlumatlar həqiqəti əks etdirmir.

Bu barədə Bakıvaxtı.az-a açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinjn Mətbuat xidmətinin rəhbəri İradə İbrahimova deyib.

O bildirib ki, yayılan məlumatlar yalandır.

"Ağacların kəsilməsi ilə bağlı Daxili İşlər Nazirliyi əməkdaşları tərəfindən Hirkan Milli parkında araşdırma başlanıb. Hadisədə şübhəli şəxslər dindirilir. Hirkan Milli parkının direktorunun saxlanılması barədə yayılan məlumatlar həqiqəti əks etdirmir",- İ. İbrahimova deyib.

Xatırladaq ki, sosial şəbəkələrdə Hirkan Milli Parkının direktorunun saxlanılması və həbsi barədə məlumatlar yayılıb.

***19:39

Hirkan Milli Parkının sabiq direktoru Aqil Sucayev saxlanılıb.

Bakıvaxtı.az APA-ya istinadən xəbər verir ki, direktor və digər bir neçə əməkdaşı hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb.

Onların hansı səbəbdən saxlanıldıqları barədə rəsmi məlumat verilməyib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

05 Sentyabr 2026