“1990-cı illərdə metro keçidlərində diplom almaq mümkün idi. Həmin saxta sənədlə məktəblərə işə qəbul olurdular”.
Bakıvaxtı.az xəbər verir ki, bunu təhsil naziri Emin Əmrullayevin “Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası” və digər məsələlərlə bağlı keçirdiyi brifinqdə bildirib.
O qeyd edib ki, o dövrdə işə qəbul olunan şəxslərin hamısın diplomunu yoxlamaq asan deyil: “Müəllimləri işdən çıxarmaq da mümkün deyil. Bu problemdən çıxış yolu müəllimlərin biliyini yoxlamaqdır. Biz də bunu edirik”.
Ramid İbrahimov
















