“Azərbaycanda 36, Koreyda isə 42 təhsil həftəsi var. Təhsilin keyfiyyəti təhsil həftəsi ilə bağlıdır”.
Bakıvaxtı.az xəbər verir ki, bunu təhsil naziri Emin Əmrullayevin “Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası” və digər məsələlərlə bağlı keçirdiyi brifinqdə bildirib.
Nazir bildirib ki, təhsil müddətinin artırlması arzuolunandır: “Təhsil həftələrinin sayının artması məqsədəuyğundur. Biz gözləyirik ki, cəmiyyət bizdən təhsilin sentyabrın 1-dən başlayıb iyulun 31-ə kimi davam etdirilməsini tələb etsin. Amma hazırda təhsil müddətinin azaldılmasına çağırışlar edilir”.
Ramid İbrahimov
















