• Bakı 10° C

    2.38 m/s

  • USD - 1.7

    EUR - 1.8409

    RUB - 0.0183

Sabah da külək əsəcək

CƏMİYYƏT

27 Iyun 2022 | 11:56

Sabah da külək əsəcək

Sabah Bakıda və Abşeron yarımadasında hava şəraiti əsasən yağmursuz keçəcək.

    Milli Hidrometeorologiya Xidmətindən Bakıvaxtı.az-a bildirilib ki, mülayim şimal-qərb küləyi arabir güclənəcək.

    Havanın temperaturu gecə 20-24° isti, gündüz 30-33° isti, Bakıda gecə 22-24° isti, gündüz 30-32° isti olacaq.

    Atmosfer təzyiqi normadan aşağı 755 mm civə sütunu təşkil edəcək.

    Nisbi rütubət 50-60 % olacaq.

    Azərbaycanın rayonlarında əsasən yağmursuz olacaq. Lakin gündüz bəzi şimal və qərb rayonlarında şimşək çaxacağı, qısamüddətli yağış yağacağı gözlənilir.

    Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.

    Havanın temperaturu gecə 20-24° isti, gündüz 33-38° isti, dağlarda gecə 7-12° isti, gündüz 15-20° isti olacaq.


    SON XƏBƏRLƏR