• Bakı 12° C

    6.5 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Bağçalarda 36 mindən çox uşaq üçün yer var

CƏMİYYƏT

27 Iyul 2022 | 11:47 | Müəllif: Qalib İbrahimoğlu

Bağçalarda 36 mindən çox uşaq üçün yer var

"Məktəbəqədər təhsil müəssisələri ilə bağlı işlər davam edir".

Bakıvaxtı.az xəbər verir ki, bunu təhsil naziri Emin Əmrullayev “Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası” və digər məsələlərlə bağlı keçirilən brifinqdə deyib.

Onun sözlərinə görə, artıq 1667 məktəbəqədər təhsil müəssisəsini özündə birləşdirən məlumat sistemi yaradılıb: “Bu bizə imkan verir ki, məktəbəqədər təhsil müəssisələrinə qəbulu ilk dəfə elektron formada həyata keçirək. Bu qəbulda şəffaflığın artırılmasında çox ciddi addımdır".

Nazir qeyd edib ki, hazırda 36 746 uşaq üçün yeri var: "Bu, bölgələr üçün fərqli paylanıb. İyulun 25-nə olan məlumata görə 17 246 uşağın məlumatı bizim sistemə valideynlər tərəfindən sistemə daxil edilib. Burada növbəlilik sistemi tətbiq olunacaq”.

Ramid İbrahimov


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

21 Noyabr 2026