• Bakı 8° C

    11.75 m/s

  • USD - 1.7

    EUR - 1.8805

    RUB - 2.0511

BDU-dan işinə xitam verilən tanınmışlar barədə AÇIQLAMA

CƏMİYYƏT

26 Avqust 2022 | 10:29

BDU-dan işinə xitam verilən tanınmışlar barədə AÇIQLAMA

Bakı Dövlət Universiteti bir sıra tanınmış şəxsin əmək müqaviləsinə xitam verməsinə aydınlıq  gətirib.

Universitetin mətbuat katibi Kəmalə Quliyevan Bakıvaxtı.az-a bildirib ki, professor-müəllim vəzifəsi seçkili vəzifə olduğu üçün qanunvericiliyə uyğun olaraq kafedralar üzrə müvafiq fənlərin tədris edilməsi üçün yüksək ixtisaslı mütəxəssisləri, yüksək elmi nüfuza malik rəhbər işçiləri işə cəlb etmək zərurəti yarandığı zaman onlar əvəzçilik qaydasında və ya saathesabı qaydada tədris prosesinə cəlb edilir.

Onun sözlərinə görə, bu müqavilələr də təbii ki, müddətli müqavilə olduğu üçün tədris ilinin sonunda onlara qanunvericiliyə uyğun olaraq xitam verilir və növbəti tədris ilində yenidən zərurət yarandıqda yeni müqavilə bağlanır: "Bu qayda da uzun illərdir bütün ali təhsil müəssisələrində davamlı şəkildə tətbiq edilən bir prosedurdur”.

Qeyd edək ki, Bakı Dövlət Universitetinin rektoru Elçin Babayev 2021-2022-ci tədris ilində Bakı Dövlət Universitetində əvəzçiliklə işə qəbul edilmiş professor-müəllim heyətinin əmək müqavilələrinə xitam verilməsi haqqında əmr imzalayıb.

Əmək müqaviləsinə xitam verilənlər sırasında Baş nazirin müavini Əli Əhmədov, ombudsman Səbinə Əliyeva, sabiq təhsil naziri Misir Mərdanov, Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Ziyafət Əsgərov da var. Bundan başqa, BDU  Atatürk Mərkəzinin direktoru Nizami Cəfərov, parlamentin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Hicran Hüseynova və digər tanınmış şəxslərlə də əmək müqaviləsinə xitam verib.

Nuranə Daxilqızı


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

14 Noyabr 2026