• Bakı 12° C

    6.17 m/s

  • USD - 1.7

    EUR - 1.8399

    RUB - 0.0185

Prezidentə Kəlbəcər şəhərinin baş planı təqdim edildi - YENİLƏNİB

CƏMİYYƏT

27 Iyun 2022 | 10:38

Prezidentə Kəlbəcər şəhərinin baş planı təqdim edildi - YENİLƏNİB

İyunun 26-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Kəlbəcər şəhərinin Baş planı ilə tanış olub, İşğal və Zəfər muzeyləri kompleksinin təməlini qoyub.

Bakıvaxtı.az xəbər verir ki, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi sədrinin birinci müavini Namiq Hümmətov dövlət başçısına Kəlbəcər şəhərinin Baş planı barədə məlumat verib.

Bildirildi ki, Kəlbəcər şəhərinin Baş planının hazırlanması zamanı onun özünəməxsus simasının formalaşdırılması üçün ərazinin coğrafi yerləşməsinə, quruluşuna uyğun olaraq müxtəlif memarlıq ənənələri də araşdırılıb, tətbiq edilə biləcək nümunələrlə bağlı təkliflər verilib. Baş planın konseptual əsasını sağlamlıq və dağ turizmi imkanlarının inkişafı, təbiətlə vəhdətdə yaşıl şəhər mühitinin yaradılması təşkil edir. Şəhərin mərkəzi hissəsində çoxmənzilli binalar, ətraflara doğru isə həyətyanı sahəsi olan fərdi evlər inşa olunacaq. Növbəti 20 il ərzində Kəlbəcər şəhərinin ərazisinin 237 hektara, əhalisinin sayının isə 17 min nəfərə çatacağı proqnozlaşdırılır.

***

26 iyun, saat 20:30

Xəbər verdiyimiz kimi, Azərbaycan Prezidenti İlham Əliyev iyunun 26-da Kəlbəcər rayonuna səfər edib.

Bakıvaxtı.az xəbər verir ki, dövlətimizin başçısına Kəlbəcər şəhərinin baş planı təqdim edilib.


SON XƏBƏRLƏR

28 Mart 2024