• Bakı 22° C

    2.61 m/s

  • USD - 1.7

    EUR - 1.8152

    RUB - 0.018

Azərbaycanda bahalaşmaya səbəb olan amillər AÇIQLANDI

CƏMİYYƏT

28 May 2022 | 11:38

Azərbaycanda bahalaşmaya səbəb olan amillər AÇIQLANDI

Cəmiyyətimizdə qiymətlərlərlə bağlı müzakirələr düşəndə, əksəriyyət Azərbaycanda bahalıq olduğunu desə də, bəziləri digər ölkələrlə müqayisədə bizdə qiymətlərin normal olduğunu iddia edir.

İqtisadçı ekspert Asif İbrahimov Bakıvaxtı.az-a bildirib ki, həqiqətən də, Azərbaycanda qiymətlər əhalinin gəlir səviyyəsinə görə həddən artıq bahadır: “Qiymətlər, adətən, Avropanın 29 ölkəsi ilə müqayisə edilir. Avropada sosial vəziyyəti çox yaxşı olmayan bir neçə ölklə olsa da, bir çoxunda əhalinin sosial rifahı çox güclüdür. Misal üçün, Almaniya, Şotlandiya, İngiltərə və s. bu kimi ölkələrlə müqayisə etdikdə, bəli, Azərbaycanda qiymətlər nisbətən ucuzdur. Amma həmin ölkələrdə əhalinin gəlir səviyyəsi Azərbaycan kimi ölkələrdən qat-qat yüksəkdir. Bu tərəfdən baxdıqda belə, bizdə qiymətlər yüksəkdir”.

Ekspert qeyd edib ki, Azərbaycanda məhsulların qiymət əmələ gəlməsi prosesinə bir çox məsələlər təsir edir: “Əlavə tədbiq olunan rüsumlar, sanksiyalar, daşınmada yaranan əlavə xərclər, daxili istehsalın zəif olması, bir çox şeyi idxal etməyimiz və s. bu kimi problemlər mövcuddur".

Onun sözlərinə görə, son dönəmdə də Rusiya-Ukrayna müharibəsi ilə bağlı bu iki ölkədən əldə olunan xammalların, xüsusilə ərzaq məhsullarının qiymətində dəyişiklər baş verir: "Bu da orta statistik Azərbaycan vətəndaşının gəliri ilə tərs mütanasibdir”.

Aytac Aslan

 


SON XƏBƏRLƏR