Masallı Rayon Mərkəzi Xəstəxanasının sabiq baş həkimi Cəlil Nəzərov vəfat edib.
Bakıvaxtı.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, o, 69 yaşında ağır xəstəlikdən dünyasını dəyişib.
Qeyd edək ki, C.Nəzərov dörd il öncə korrupsiyada ittiham olunaraq həbs edilmişdi. Prokuror Cəlil Nəzərova 12 il 6 ay həbs cəzası tələb etsə də, hakimlər keçmiş baş həkimin ağır xəstə olduğunu nəzərə alaraq ona azadlıqdan məhrumetmə ilə bağlı cəza verməmişdi.