• Bakı 9° C

    4.91 m/s

  • USD - 1.7

    EUR - 1.8652

    RUB - 2.0757

Kraliça II Elizabetin səhhətində ciddi problem: Ənənəvi tədbir qəfildən ləğv edildi - FOTO

DÜNYA

08 Avqust 2022 | 18:35

Kraliça II Elizabetin səhhətində ciddi problem: Ənənəvi tədbir qəfildən ləğv edildi - FOTO

Böyük Britaniyada kraliça II Elizabetin səhhəti yenidən narahatlıq doğurub. Monarxın Şotlandiyanın Balmoral qəsrində yerli sakinlər üçün ənənəvi olaraq təşkil etdiyi qəbulunun ləğvi isə bu narahatlığı daha da artırıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə “The Mirror” öz mənbələrinə istinadla bildirib.

“Balmoralda ənənəvi qəbul adətən kraliçanın təqvimində qeyd olunur. II Elizabet onu ziyarət etməyə gələn yerli sakinləri salamlaya bilməkdən əsl zövq alır. Mərasimin ənənəvi formada keçirilməməsi acı məyusluq doğurur”, - deyə mənbədən bildirilib.

Beləliklə, bu gün kraliçanın Şotlandiya iqamətgahında adi qarşılanma mərasimi əvəzinə kiçik özəl tədbir keçiriləcək.

II Elizabet pandemiya dövründən başqa, hər il yerliləri Balmoral qalasının qapılarında qarşılayırdı. Mərasim çərçivəsində o, xüsusilə Şotlandiya alaylarının sıralarını təftiş edirdi.


Kraliça II Elizabetin səhhətində ciddi problem: Ənənəvi tədbir qəfildən ləğv edildi - FOTOKraliça II Elizabetin səhhətində ciddi problem: Ənənəvi tədbir qəfildən ləğv edildi - FOTO
Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

28 Noyabr 2026