Avropa İttifaqı Ukraynaya beş milyard avro maliyyə yardımı üçün ilk addımı atıb.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə Avropa Komissiyasının sədri Ursula fon der Lyayen bildirib.
Layen Rusiya qazı üçün yüksək qiymət təklif edəcəklərini də vurğulayıb.
Aİ Komissiyasının sədri Moskvanı Ukraynaya təcavüzünə görə cəzalandırmaq tədbirlərinin bir hissəsi olaraq üzv dövlətlərə Rusiya qazının idxalı üçün qiymət həddi ilə razılaşmağı təklif etdi.
Lyayen jurnalistlərə "Burada məqsəd çox aydındır" deyib: “Biz Putinin Ukraynaya qarşı bu amansız müharibəni maliyyələşdirmək üçün istifadə etdiyi Rusiyanın gəlirlərini kəsməliyik”.
Nuranə Daxilqızı
















