Uqandanın qərbindəki Kasesedə güclü yağışlar nəticəsində torpaq sürüşməsi baş verib.
Bakıvaxtı.az xəbər verir ki, Uqanda Qızıl Xaç Cəmiyyətindən verilən açıqlamada, axtarış-xilasetmə işləri zamanı əksəriyyəti qadın və uşaq olan 15 nəfərin cansız cəsədinin tapıldığı bildirilib.
Açıqlamada 6 yaralının xəstəxanaya aparıldığı, könüllülərin və yerli hakimiyyət orqanlarının iştirakı ilə axtarış-xilasetmə işlərinin davam etdiyi bildirilib. Güclü yağışların yaratdığı seldə bəzi evlərin su altında qaldığı qeydə alınıb.
Uqandada ötən ay başlayan güclü yağışlar bəzi bölgələrdə dağıntılara səbəb olub.
Uqandanın şərqində çayların daşması nəticəsində azı 24 nəfər ölüb.
Aytac Aslan
















