Son günlər sosial şəbəkələr üzərindən dələduzluq edənlərin sayı çoxalıb.
Bakıvaxtı.az-ın məlumatına görə, belə ki, insanlara yalan vədlər verərək onların müxtəlif bank sistemlərinə olan borclarını müəyyən məbləğ qarşılığında silinməsi ilə bağlı bir sıra profillər açılıb. Acınaqcaqlısı da odur ki, vətəndaşlar belə dələduzlara inanır, onların toruna düşürlər.
Mövzu ilə bağlı Bakıvaxtı.az-a açıqlama verən İKT üzrə ekspert Elvin Abbasov bildirib ki, son vaxtlarda Azərbaycan internet seqmentini hədəf alan müxtəlif sosial şəbəkələrdə xeyli dələduzluq səhifələri yaranıb. Onlar müxtəlif ssenarilər qurur və hədəfləri vətəndaşların şəxsi məlumatlarını, bank kartı məlumatlarını əldə etməkdir:
“Müxtəlif dövlət qurumları və həmçinin də böyük korparasiyalar adından yaranan bu dəluduzluq növləri sosial mühəndislik vasitəsi ilə insanların hansı problemləri olduğunu, nəyə ehtiyac duyduqlarını araşdıraraq o istiqamətdə fəaliyyət göstərirlər”.
Ekspert qeyd edib ki, həmin dələduzluq səhifələrində insanları bir çox yalan vədlərlə manipulasiya edirlər:
“Vətəndaşlardan xahiş olunur ki, ayıq olsunlar, belə saxta kampaniyalara inanıb aldanmasınlar. Araşdırma aparmadan heç bir məlumatı qarşı tərəfə ötürməsinlər”.
Elvin Abbasov: Dələduzluq səhifələrində insanları bir çox yalan vədlərlə manipulasiya edirlər
E.Abbasov bildirib ki, Azərbaycanda heç bir dövlət qurumu başqa ölkələrin mobil operatorları ilə zəng etmir, həmçinin banklar da xarici mobil nömrələrdən vətəndaşlarla əlaqə saxlamıra zəng etmir.
"İstərtər banklar, istərsə də, dövlət qurumları vətəndaşlara aid məlumatları, kodları heç vaxt istəmirlər",-deyə Elvin Abbasov vurğulayıb.
Nuriyyə Musayeva