Mayın 7-də Rusiyanın Qələbə Günü şərəfinə elan etdiyi atəşkəs zamanı Kreml və Qırmızı Meydan ərazisində terror aktlarının qarşısı alınıb.
Bakıvaxtı.az apa-ya istinadən xəbər verir ki, bu barədə Rusiya Prezidentinin köməkçisi Yuri Uşakov bildirib.
Onun sözlərinə görə, Rusiya Prezidenti Vladimir Putin bu barədə ABŞ Prezidenti Donald Trampa mayın 19-da baş tutan telefon danışığı zamanı məlumat verib.
"Putin Trampa bildirib ki, mayın 7-nə keçən gecə Ukrayna Rusiyaya doğru 524 kamikadze pilotsuz uçuş aparatı və bir neçə “Storm Shadow”/SCALP-EG qanadlı raketləri buraxıb. Putinin bunu Trampa söyləməsi, şübhəsiz ki, təsadüfi deyildi, çünki ukraynalılar bayram tədbirlərinin xarici iştirakçılarını birbaşa hədələyərək, xarici liderləri qorxutmağa və onların Moskvaya gəlməsinin qarşısını almağa çalışırdılar”, – Rusiya Prezidentinin köməkçisi qeyd edib.