• Bakı 22° C

    2.04 m/s

  • USD - 1.7

    EUR - 1.9329

    RUB - 2

AEBA: Xondabdakı ağır su reaktoru zədələnib

DÜNYA

19 Iyun 2025 | 13:52

AEBA: Xondabdakı ağır su reaktoru zədələnib

İsrail Silahlı Qüvvələrinin endirdiyi zərbə nəticəsində Xondabda tikilməkdə olan ağır su reaktoru zədələnib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (AEBA) “X” sosial şəbəkəsindəki paylaşımında deyilir.

"AEBA Xondabda (keçmiş Ərak) tikilməkdə olan ağır su reaktorunun zədələnməsi ilə bağlı məlumata malikdir. Reaktor fəaliyyətdə deyildi və heç bir nüvə materialı ehtiva etmirdi, buna görə də radiasiya təhlükəsi yoxdur", - paylaşımda qeyd edilib.

Həmçinin bildirilib ki, hazırda AEBA Xondabdakı ağır su istehsalı zavodunun zədələndiyini təsdiqləyən məlumata malik deyil.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

27 Sentyabr 2026