Rusiya və ABŞ arasında münasibətlərdəki bütün problemli məsələləri aradan qaldırmaq hələ mümkün olmayıb.
Bakıvaxtı.az yerli KİV-lərə istinadən xəbər verir ki, bu barədə Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov "İzvestiya"ya müsahibəsində bildirib.
"Problemli məsələləri üzərində iş yenicə başlayıb. Problemlər o qədər çoxdur ki, onlardan bir anda xilas olmaq mümkün deyil", - o qeyd edib.
D.Peskov vurğulayıb ki, iki ölkə liderinin görüşü bu işin yekunları üzrə baş tutmalıdır.