• Bakı 15° C

    2.82 m/s

  • USD - 1.7

    EUR - 1.8907

    RUB - 2.1118

Kriminal avtoritet QƏTLƏ YETİRİLDİ

HADİSƏ

15 Fevral 2022 | 22:43 | Müəllif: Subhan Mahmudov

Kriminal avtoritet QƏTLƏ YETİRİLDİ

Ukraynanın Prikarpatye şəhərinin hüquq mühafizə orqanlarının əməkdaşları cinayətkar aləmdə “Suxoy İqor” kimi tanınan kriminal avtoritet İqor Dutkanın qatillərinin axtarışına başlayıb.

Bakıvaxtı.az xəbər verir ki, hüquq mühafizə orqanlarından verilən məlumatda qeyd olunur ki, “Suxoy İqor” Yaremçe kurort şəhərində diş həkiminin qəbulunda olarkən güllələnib. O, stomatoloji kresloda can verib.

Qətl barədə polisə birinci məlumat da diş həkimindən daxil olub.

O, izahatında bildirib ki, naməlum şəxs onun stomatoloji kabinetinə daxil olaraq pasiyentə silahdan bir neçə dəfə atəş açıb və dərhal oradan uzaqlaşıb.

Hazırda polis qanlı olayın digər təfərrüatını araşdırır.(oxu.az)


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

28 Oktyabr 2026