• Bakı 24° C

    5.88 m/s

  • USD - 1.7

    EUR - 1.8843

    RUB - 0.0191

Kursk vilayətinə 15 milyard rubldan çox vəsait ayırılacaq

DÜNYA

29 Avqust 2024 | 17:13

Kursk vilayətinə 15 milyard rubldan çox vəsait ayırılacaq

"Rusiya hökuməti Ukrayna Silahlı Qüvvələrinin hücumundan zərər çəkmiş Kursk vilayəti üçün 15,5 milyard rubldan çox vəsait ayıracaq".

Bakıvaxtı.az "RİA Novosti"yə istinadən xəbər verir ki, bunu Rusiyanın baş naziri Mixail Mişustin deyib.

Onun sözlərinə görə, vəsaitin böyük hissəsi mənzillərin alınmasına sərf olunacaq.

Mişustin həmçinin hökumətə Rusiya prezidenti Vladimir Putinin sərhəd məsələlərinə dair göstərişlərini tez bir zamanda yerinə yetirməyi tapşırıb.

Qeyd edək ki, bir müddət öncə Putin Belqorod, Bryansk və Kursk vilayətlərində ərazi müdafiə bölmələri üçün federal büdcədən vəsait ayrılması barədə göstəriş verib. Söhbət göstərilən üç rayonun ərazi müdafiə bölmələrinin maliyyələşdirilməsindən, o cümlədən müavinətlərin ödənilməsindən və lazımi avadanlıqların alınmasından gedir.

Gülşən Şərif


SON XƏBƏRLƏR

13 Sentyabr 2024