• Bakı 17° C

    1.89 m/s

Küveyt AQFET sammitinin 28-ci iştirakçısı oldu

CƏMİYYƏT

13 Oktyabr 2022 | 10:57

Küveyt AQFET sammitinin 28-ci iştirakçısı oldu

Küveyt Astanada keçirilən Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri (AQFET) üzrə Müşavirənin 6-cı Zirvə Toplantısının 28-ci iştirakçısı olub.

Bakıvaxtı.az  Qazaxıstan mətbuatına istinadən xəbər verir ki, bunu Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev deyib.

“1999-cu ildə şuranın 15 üzvü var idisə, hazırda onların sayı 27-yə çatıb. Bu, əslində, Asiya ölkələri və bütövlükdə dünya ictimaiyyəti qarşısında forumun nüfuzunun artmasından xəbər verir. Küveytin Zirvə Toplantısının üzvü kimi bizə qoşulmasından məmnunluq duyuruq”, - Qazaxıstan dövlət başçısı vurğulayıb.

Xatırladaq ki, sammitdə Qazaxıstanın sədr ölkə kimi səlahiyyətlərinin 2024-cü ilədək uzadılması qərara alınıb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR