• Bakı 14° C

    2.36 m/s

  • USD - 1.7

    EUR - 1.8364

    RUB - 0.0177

Ağdam-Xankəndi yolunun açılması bu ölkələrin planlarını pozdu

GÜNDƏM

18 Sentyabr 2023 | 16:33

Ağdam-Xankəndi yolunun açılması bu ölkələrin planlarını pozdu

Bu gün Ağdam-Xankəndi və Laçın-Xankəndi yollarından paralel olaraq Beynəlxalq Qırmızı Xaç “Komitəsinin avtomobillərinin keçməsi Azərbaycanın prinsipial və dönməz mövqeyinin yerinə yetirilməsi kimi xarakterizə edilə bilər”.

Bunu Bakıvaxtı.az-a siyasi şərhçi Elmir Səftərov deyib.

Onun sözlərinə görə, həmçinin Ağdam-Xankəndi yolunun açılması ölkəmizin maraqlarının təmin olunması baxımından da əhəmiyyətlidir.

Siyasi şərhçi bildirib ki, buna qədər Ermənistan və Qarabağda olan qondarma rejim, həmçinin Qərbin ermənipərəst dairələri tərəfindən Laçın yolu ətrafında ermənilərin törətdiyi təxribatlar manipulyasiya edilirdi və siyasiləşdirildi. Bu da real siyasi proseslərə yanaşmada beynəlxalq ictimaiyyəti çaşdırmaq məqsədi daşıyırdı.

“Əslində Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin ABŞ-dakı son görüşündə Laçın-Xankəndi yolunun Ağdam-Xankəndi marşrutu ilə paralel olaraq fəaliyyət göstərməsi də razılaşdırılmışdı. Amma hər zaman olduğu kimi, Ermənistan razılaşmaları sabotaj etməyə başladı və Laçın yolu ilə bağlı həqiqətə uyğun olmayan bəyanatlar yaydı. Əlbəttə ki, ənənəyə sadiq olaraq Qərb təsisatları tərəfindən buna güclü dəstək verildi. Özünü insan haqlarının müdafiəçisi qismində göstərən ABŞ və Fransa kimi ölkələr Azərbaycanın Qarabağ iqtisadi rayonundakı separatçıları dəstəklədilər”.

Müsahibimiz bildirib ki, əgər belə olmasaydı, həmin dairələr guya Qarabağda "humanitar böhran" və "blokada"da olması ilə bağlı ölkəmizə təzyiq etməzdilər: “Lakin həmin qüvvələrin istəkləri reallaşmadı, əksinə olaraq Azərbaycan regionla bağlı bütün əsassız iddiaları Qarabağdakı ermənilərə yardım göstərməklə yerlə bir etdi. Ölkəmiz sübut etdi ki, Qarabağda humanitar böhran hökm sürmür və məsələlər sadəcə siyasiləşdirilir”.

Elmir Səftərov: Rusiya Qərbə yönəlməyin Ermənistan üçün uğurlu gələcək vəd etmədiyini göstərdi

E.Səftərov hesab edir ki, Laçın-Xankəndi yolunun açılması ABŞ və Fransa kimi ölkələrin planlarını müəyyən dərəcədə pozdu. Bunun əksinə qazanan tərəf Rusiya oldu. Rusiya öz yük maşınını Ağdam yolu ilə Xankəndiyə göndərdi, bununla da yolun ikitərəfli fəaliyyətinə zəmin yaratdı: “Amma Qərb Ağdam yolunun fəaliyyətini təşviq etməməklə yanaşı, yalançı humanitar böhran şousu ilə də yadda qaldı. Rusiya isə Qarabağdakı sülhməramlılarının vasitəçiliyi ilə hələ də Ermənistanın onun orbitindən çıxmadığını sübut etdi və yolunun açılmasına ən uyğun zamanda şərait yaratdı. Nəticədə isə Qarabağ ermənilərinə və Ermənistana işarə verdi ki, onların himayəçisi Rusiyadır. Bundan əlavə, Rusiya Qərbə yönəlməyin Ermənistan üçün uğurlu gələcək vəd etmədiyini göstərdi”.

Həmsöhbətimiz qeyd edib ki, Ağdam-Xankəndi yolunun açılması ilə Azərbaycan-Ermənistan rəsmilərinin görüşünün keçirilməsi də planlaşdırıla bilər: “Təbii ki, hər şey Ermənistanın davranışlarından asılı olacaq. Azərbaycan isə səmimi dialoqa hazır olduğunu hər zaman bəyan edib və əməli addımların atılmasının tərəfdarıdır”.

Murad Məmmədli


SON XƏBƏRLƏR