• Bakı 17° C

    4.74 m/s

  • USD - 1.7

    EUR - 1.8198

    RUB - 0.0182

“Laçının azad edilməsi İlham Əliyevin müdrik diplomatiyasının nəticəsidir”

SİYASƏT

30 Noyabr 2022 | 09:41

“Laçının azad edilməsi İlham Əliyevin müdrik diplomatiyasının nəticəsidir”

“Laçın rayonunun işğaldan azad edilməsi Prezident İlham Əliyevin müdrik diplomatiyasının və məğlubedilməzliyinin nəticəsidir”.

Bunu Bakıvaxtı.az-a deputat Məlahət İbrahimqızı bildirib.

Onun sözlərinə görə, 44 günlük Vətən müharibəsində Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Silahlı Qüvvələri Ermənistan üzərində şanlı qələbə qazanaraq 30 ilə yaxın işğal altında olan torpaqlarımızı azad etdi: “Azərbaycan Prezidentinin diplomatik məharəti, prinsipiallığı, dəmir iradəsi və Azərbaycan Ordusunun şanlı Zəfəri nəticəsində Ermənistan kapitulyasiya sənədini imzalamağa və ərazilərimizdən çıxmağa məcbur oldu. Bir neçə gündən sonra xalqımız 1992-ci il mayın 18-də Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal edilmiş Laçın rayonunun təcavüzkar Ermənistanın işğalından azad olunmasının ikinci ildönümünü qeyd edəcək. Laçın rayonunun işğal altına düşməsi faktiki olaraq Ermənistanla Qarabağ arasında coğrafi bağlantı yaratmışdı. İşğal nəticəsində Laçın rayonunun əhalisi etnik təmizləməyə məruz qalmışdı, rayonun əhalisi respublikamızın demək olar ki, bütün bölgələrinə səpələnmişdi”.

M.İbrahimqızı bildirib ki, 44 günlük Vətən müharibəsi zamanı Azərbaycanın müzəffər ordusunun qarşısında duruş gətirə bilməyən işğalçı Ermənistan 2020-ci ilin noyabrın ayının 8-də Şuşanın işğaldan azad edilməsi ilə müharibədə məğlub və təslim olduğunu rəsmən qəbul edərək kapitulyasiya aktına imza atmağa məcbur oldu: “Noyabrın 10-da Azərbaycan Prezidenti İlham Əliyev, Rusiya Prezidenti Vladimir Putin və Ermənistanın Baş naziri Nikol Paşinyan arasında üçtərəfli tarixi Bəyanat imzalandı. Bu Bəyanata əsasən Azərbaycanın işğalda olan digər rayonları qısa zaman ərzində işğalçılar tərəfindən boşaldılmalı, təcavüzkar erməni silahlı qüvvələri əraziləri tərk etməli idilər. Dekabrın 1-də işğalçılar tərəfindən qeyd-şərtsiz boşaldılmalı olan Laçın rayonu Bəyanatın 2-ci bəndində qeyd edilir. Azərbaycanın diktə etdiyi bütün şərtlər Bəyanatın ayrı-ayrı bəndlərində təsbit olunub. Belə ki, 20 noyabr 2020-ci il tarixinədək Ağdam rayonunun, bəyanatın 6-cı bəndinə əsasən 25 noyabr 2020-ci il tarixinədək Kəlbəcər rayonunun, 2-ci bəndə əsasən isə 1 dekabr 2020-ci il tarixinədək Laçın rayonunun Azərbaycana qaytarılması nəzərdə tutulur. Bununla da 28 ilik işğaldan sonra Laçın rayonu 2020-ci il dekabrın 1-də azad olunmalı idi. Müzəffər Ali Baş Kamandanımızın müdrik və uzaqgörən diplomatiyası nəticəsində Vətənimizin Ağdam, Kəlbəcər və Laçın rayonlarının işğaldan azad edilməsində heç bir itki vermədən nail olundu. Çox təəssüf ki, bəyanatın imzalandığı 10 noyabr 2020-ci ildən 1 dekabr 2020-ci ilə qədər-20 gün müddətində tarixdə analoqu olmayan erməni vandalizmi və türkofobiya nəticəsəndə təcavüzkar qonşularımız Laçın şəhərində və rayonun ərazisində misli görünməmiş dağıntılar, binaları, evləri, tikililəri talan edib, yandırıb, ağacları qırıb, ekoloji terror törədiblər”.

Deputatın sözlərinə görə, bildiyimiz kimi, 1 dekabr 2020-ci il tarixində Prezidentimiz İlham Əliyev televiziya ilə xalqa müraciətində Laçın rayonunun işğaldan azad edilməsini və bu münasibətilə də Azərbaycan xalqını təbrik etdi: “Beləliklə də bu unudulmaz tarixi gün və onun sevinci əbədi olaraq xalqımızın qan yaddaşına yazıldı. Azərbaycan xalqını təbrik edən Müzəffər Ali Baş Komandanının səsləndirdiyi “Böyük sevinc hissi ilə bildirirəm ki, Laçın rayonu işğaldan azad olundu. Bütün Azərbaycan xalqını bu münasibətlə ürəkdən təbrik edirəm. Laçın rayonunun işğaldan azad olunması tarixi hadisədir. Özü də bir güllə atmadan biz Laçın rayonunu qaytardıq. Düşməni buna məcbur etdik. Döyüş meydanında əldə edilmiş parlaq qələbə bu gözəl nəticəyə gətirib çıxardı ki, üç rayonumuz - Ağdam, Kəlbəcər və Laçın bizə qaytarıldı. Biz bu rayonları bir güllə atmadan, bir şəhid vermədən qaytarmışıq” sözləri isə çağdaş tariximizin qızıl hərflərə yazılan səhifələri oldu”.

“Xüsusi qeyd etmək istərdim ki, işğaldan azad olunmuş digər rayonlarda olduğu kimi, Prezidentimizin imzaladığı sərəncamlarla Laçın rayonunun işğaldan azad edilməsi şərəfinə Azərbaycan Respublikasında “Laçının azad olunmasına görə” medalı təsis olunub. 44 günlük Vətən müharibəsi bitdikdən sonra Laçının işğaldan azad edilməsi uğrunda döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət göstərmiş hərbi qulluqçular “Laçının azad olunmasına görə” medalı ilə təltif edilib”, - deyə Məlahət İbrahimqızı bildirib.

Nuranə Daxilqızı


SON XƏBƏRLƏR

24 Aprel 2024