• Bakı 14° C

    9.12 m/s

  • USD - 1.7

    EUR - 1.9097

    RUB - 2.0796

Xankəndi-Laçın yolundakı aksiyanı daha çox kişilər izləyir - SORĞU

SİYASƏT

29 Dekabr 2022 | 11:52

Xankəndi-Laçın yolundakı aksiyanı daha çox kişilər izləyir - SORĞU

18 gündür Xankəndi-Laçın yolunda ekoaktivistlər, ictimai fəallar və vətəndaş cəmiyyətinin nümayəndələri Azərbaycan ekologiyasına qarşı həyata aparılan terrora qarşı mövqe nümayiş etdirirlər.

Bakıvaxtı.az-ın məlumatına görə, Sosial Tədqiqatlar Mərkəzi davam edən aksiyalar və gözləntilərlə bağlı ictimai rəy sorğusu keçirib.

“Xankəndi-Laçın yolundakı aksiyaları izləyirsinizmi” sualına cavab olaraq, sorğuda iştirak edənlərin ümumilikdə 88.1%-i aksiyaları izlədiyini bildirib.

Respondentlərin 54.1%-i “tez-tez izləyirəm”, 34.0%-i “bəzən izləyirəm” cavabını verib. 11.9%-i “heç izləmirəm” cavabını qeyd edib.

Aksiyaları tez-tez izlədiyini bildirənlər arasında kişilər qadınlara nisbətdə üstünlük təşkil edib. Eyni zamanda, bu cavabı qeyd edən respondentlər arasında 55-64 yaş qrupunda olanlar digərləri ilə müqayisədə daha çox üstünlük təşkil edib.

Nuranə Daxilqızı


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR