Eko-aktivistlərin Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası on doqquz gündür davam edir.
Bakıvaxtı.az etirazçılara istinadla xəbər verir ki, aksiya gecəboyu da davam edib.
Havanın şaxtalı olmasına baxmayaraq, aksiyaçıların fəallığı müşahidə olunur. Təhlükəsizlik qaydalarına yüksək səviyyədə əməl olunan aksiyada gecə heç bir insident baş verməyib.
Etirazçılar həmişə olduğu kimi, bu səhər də aksiyaya Azərbaycan Dövlət Himninin səsləndirilməsi ilə başlayıblar.
İştirakçıların tələbləri dəyişməz qalır.
Aytac Aslan
















