• Bakı 14° C

    3.42 m/s

  • USD - 1.7

    EUR - 1.8205

    RUB - 0.0184

Lavrov,Bayramov və Mirzoyan arasında üçtərəfli görüş keçirilə bilər

DÜNYA

20 Mart 2023 | 16:46

Lavrov,Bayramov və Mirzoyan arasında üçtərəfli görüş keçirilə bilər

Yaxın vaxtlarda Rusiya, Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin üçtərəfli görüşü keçirilə bilər.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Rusiya xarici işlər naziri Sergey Lavrov erməni həmkarı Ararat Mirzoyanla danışıqlarının yekunlarına dair birgə mətbuat konfransında bildirib. O, Mirozyanla danışıqlarda XİN başçılarının üçtərəfli görüşünü müzakirə etdiklərini söyləyib:

“Erməni həmkarlarımız bu günlərdə Baş nazir Nikol Paşinyan tərəfindən mətbuat konfransında səslənən “Ermənistan bu cür görüşün keçirilməsinə hazırdır” bəyanatını təsdiqlədilər. Düşünürəm ki, yaxın vaxtlarda hansı tarixlərin üç nazirin hamısının qrafiklərinə uyğun olmasına baxacağıq”, deyə Rusiya XİN başçısı vurğulayıb.


SON XƏBƏRLƏR

25 Aprel 2024