• Bakı 10° C

    10.41 m/s

  • USD - 1.7

    EUR - 1.9037

    RUB - 2.084

İsrail daha bir ölkədə səfirlik açır

DÜNYA

19 Aprel 2023 | 15:27

İsrail daha bir ölkədə səfirlik açır

Türkmənistanın paytaxtı Aşqabadda İsrail səfirliyi açılacaq.

Bakıvaxtı.az xəbər verir ki, İsrailin Xarici İşlər naziri Eli Koen Azərbaycandan sonra Türkmənistana səfər edəcək. Eli Koen son 30 ildə Orta Asiya ölkəsinə səfər edən ilk İsrailli nazir olacaq.

Nazir Koen səfəri çərçivəsində Türkmənistanın paytaxtı Aşqabadda İsrail səfirliyinin açılışını edəcək.

Cümə axşamı, aprelin 20-də İsrailin xarici işlər naziri Türkmənistan prezidenti Serdar Berdiməhəmmədov tərəfindən qəbul ediləcək.

Koen Türkmənistanın xarici işlər naziri Rəşid Meredov və kənd təsərrüfatı naziri ilə də görüşəcək.

Qeyd edək ki, İsrail və Türkmənistan arasında diplomatik əlaqələr 1993-cü ildə qurulub. Təxminən on il əvvəl açılmış Aşqabadda indiyədək müvəqqəti diplomatik nümayəndəlik fəaliyyət göstərir.

Xatırladaq ki, İsrailin Xarici İşlər naziri Eli Koen aprelin 18-də Azərbaycana səfər edib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR