• Bakı 14° C

    7.55 m/s

  • USD - 1.7

    EUR - 1.8669

    RUB - 2.0809

"Cənubi Qafqazda sülh və sabitlik..." - Lavrov

DÜNYA

19 May 2023 | 15:23

"Cənubi Qafqazda sülh və sabitlik..." - Lavrov

“Rusiya Cənubi Qafqaz regionunda sabitlik və sülhün olmasında maraqlıdır”.

Bakıvaxtı.az xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov Moskvada Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və Ermənistanın XİN rəhbəri Ararat Mirzoyanla görüşündə deyib.

“İnanırıq ki, liderlərimiz arasında əldə olunmuş razılaşmalara alternativ yoxdur. Vəziyyətin sabitləşməsi ilə bağlı qərarların həyata keçirilməsini təmin etmək üçün əlimizdən gələni edəcəyik. Ümid edirəm ki, bu və ya digər şəkildə bu regionda iştirak etməkdə maraqlı olan bütün digər ölkələr onlara hörmətlə yanaşacaqlar”, - o qeyd edib.

Rusiya XİN başçısı Ermənistan-Azərbaycan sərhədində vəziyyətin sabitləşdirilməsinin vacibliyini də vurğulayıb.

“Humanitar problemlərin həlli, iqtisadi və nəqliyyat əlaqələrinin açılması, hər iki tərəfin fəal işlədiyi sülh müqaviləsinin mətninin razılaşdırılması zərurəti var. Buraya ekspertlər, ictimai təşkilatlar və parlamentarilər vasitəsilə əlaqələrin inkişaf etdirilməsinin vacibliyini də əlavə edərdim. Daha əvvəl belə bir təcrübə var idi. Hesab edirəm ki, bu, tərəflər arasında etimadın yaradılmasında əlavə addım kimi çox vacibdir”, - S.Lavrov bildirib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR