• Bakı 10° C

    4.76 m/s

  • USD - 1.7

    EUR - 1.8652

    RUB - 2.0757

Lavrovla Şoyqu deputat mandatlarından imtina edəcək

DÜNYA

20 Sentyabr 2021 | 13:58

Lavrovla Şoyqu deputat mandatlarından imtina edəcək

Rusiyanın Xarici İşlər və Müdafiə nazirləri Sergey Lavrov və Sergey Şoyqu öz deputat mandatlarından imtina edəcəklər.

Bakıvaxtı.az xarici KİV-ə istinadən xəbər verir ki, nazirlər təmsil etdikləri “Vahid Rusiya” partiyasının parlament seçkilərində qalib gəlməsindən sonra güman ki Dövlət Dumasında deputat mandatlarından imtina edəcəklər.

Həmçinin mənbələrin məlumatına görə, “Kommunarka” xəstəxanasının baş həkimi Denist Protsenko da Dövlət Dumasına getməyəcək və deputat mandatını yalnızca uşaq hüquqları üzrə ombudsman Anna Kuznetsova saxlayacaq.

Rusiyanın Mərkəzi Seçki Komissiyasının məlumatına görə, protokolların 90,3 %-inin hesablanmasına əsasən, “Vahid Rusiya” partiyası səslərin 49,65 %-ni toplayaraq hələ ki seçkilərə liderlik edir.

Nuranə Daxilqızı


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

28 Noyabr 2026