• Bakı 12° C

    4.57 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

BMT Şimali Koreyanın raket buraxmasından narahatdır

DÜNYA

19 Oktyabr 2021 | 22:57

BMT Şimali Koreyanın raket buraxmasından narahatdır

BMT Koreya Xalq Demokratik Respublikasının (KXDR) raket buraxılışlarından narahatdır və bu ölkənin rəhbərliyini Koreya yarımadasının nüvəsizləşdirilməsi üçün səyləri bərpa etməyə çağırıb.

Bakıvaxtı.az xəbər verir ki, bunu BMT Baş katibinin müavini Fərhan Xak keçirdiyi brifinqdə deyib.

"Dənizdən ballistik raketin atılması faktı da daxil olmaqla, KXDR-dən raket buraxılışı ilə bağlı son xəbərlər bizi narahat edir. KXDR rəhbərliyini dərhal Koreya yarımadasının nüvəsizləşdirilməsi və davamlı sülhün təmin edilməsi istiqamətində diplomatik səylərə başlamağa və BMT Təhlükəsizlik Şurasının qətnamələrinə əməl etməyə çağırırıq", - təşkilat nümayəndəsi bildirib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

20 Noyabr 2026