• Bakı 7° C

    1.71 m/s

  • USD - 1.7

    EUR - 1.8548

    RUB - 2.0745

Bu ölkədə xaçlılardan qalan 900 illik qılınc tapıldı

DÜNYA

19 Oktyabr 2021 | 23:21

Bu ölkədə xaçlılardan qalan 900 illik qılınc tapıldı

İsraildə həvəskar dalğıc xaçlılardan qaldığı və 900 illik olduğu güman edilən qılınc tapıb.

Bakıvaxtı.az  xəbər verir ki, bu barədə İsrail Antik Əşyalar Qurumu məlumat yayıb.

Bildirilib ki, qılıncı Şlomi Katzin adlı dalğıc Aralıq dənizi sahillərində dalış əsnasında aşkarlayıb.

O, qılıncı dənizdən çıxararaq, müvafiq dövlət qurumlarına verib.

Üzəri dəniz qabıqları ilə örtülən bir metr uzunluqdakı qılınc təmizlənib restavrasiya edildikdən sonra sərgilənəcək.

Qılıncı tapan Katzinə təşəkkür sertifikatı verilib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR