Nyu-Yorkun məşhur “Russkiy samovar” restoranının tanınmış qurucusu Roman Kaplan 84 yaşında dünyasını dəyişib.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə restoranın İnstaqram səhifəsində yazılıb. Kaplan səhər saatıarında Mayamidə xəstəxanaların birində vəfat edib. Onun Nyu-Yorkda dəfn olunacağı bildirilir.
Qeyd edək ki, kaplan sovet və Amerika ədəbiyyatşünası və tərcüməçisi olub. 1986-cı ildə o, İosif Brodski və Mixail Barışnikovla birlikdə Manhettendə məşhur “Russkiy samovar” restoranını açıb.















